13 noyabr 2010 00:03
Zlatan İbrahimoviç qara kəmərin sahibi oldu
Dünən İsveç yığmasının və İtaliyanın "Milan" klubunun hücumçusu Zlatan İbrahimoviş taekvondo üzrə fəxri qara kəmərin sahibi oldu. Azerisport.az xəbər verir ki, İbra klubun Milnaellodaki bazasında İtaliya yığmasının kapitanı, 2008-ci ildə Olimpiya oyunlarının gümüş medalçısı Mauro Sarmiyento tərəfindən mükafatlandırıldı. Qeyd edək ki, taekvondodan başqa, forvard kikboksinqlə də maraqlanır.
Mənbə: Sky Sport 24
