13 noyabr 2010 00:07

Adams Sxadadzedən qisas alacaqmı, və ya "Problemlə dolu qarşılaşmada" qalib kim olacaq?

Sabah Azərbaycan çempionatının 13-cü turun qalan dörd oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, futbolsevərlərin əsas diqqəti "Bakı" – "Qarabağ" oyununa yönələcək.

Bu oyun hər iki komanda üçün çox vacibdir. "Bakı" "altılığa" düşmək, "Qarabağ" isə bu "altılığ"daki mövqeyini qorumaq uğrunda mübarizə aparacaq. Bu baxımdan söyləmək olar ki, motivasiya ilə bağlı problem olmamalıdır. Lakin bu qələbənin qazanılması üçün hələ əsas amil deyil. Nəzərə almaq lazımdır ki, ağdamlılar bu oyuna heç də yaxşı vəziyyətdə hazırlaşmır. Bu həftə ərzində sərəncamında cəmi 12 futbolçusu olan Qurban Qurbanovun komandasının beş oyunçusu zədəlidi, beşi isə millinin düşərgəsində idi. Bu səbəbdən də "Qarabağ" bu oyuna hansı vəziyyətə gələcəyini qabaqcadan demək çox çətindi. "Bakı" da isə bununla bağlı problem yoxdur. "Bakı"-da başqa problem var – oyun problemi. Bir oyundan bir ayrı-ayrı futbol sərgiləyən paytaxt təmsilçisi birinci dövrədə "Qarabağ"-a 0:2 hesabı ilə məğlub olmuşdur. Ötən turda "Gəncə" ilə səfərdə keçirilən uğurlu oyunu nəzərə alsaq, kim bilir bu görüşdə qələbə kimin olacaq. Belə baxanda, meydanda iki "ağır problem yükü" olan komandalar qarşılaşacaq.
 
Salyanda isə "Neftçi"-ni yerli "Muğan" sinaqdan keçirəcək. Liderliyini möhkəmləndirmək istəyində olan "neftçilər" bu görüşdə sübut etməlidilər ki, ötən turdaki uğursuz oyunları sadə təsadüf idi. Adətən rəqiblərinə öz meydanın çətin anlar yaşadan "Muğan", bu dəfə də rəqibi məyus etmək istəyir. Ötən mövsüm Salyan komandası "neftçilər"lə oyundan dörd xal qoparda bilib. Lakin bu ilki "Neftçi" ötən ilki "Neftçi"-dən çox fərqlənir. Xüsusən də oyun üslubu ilə. Artıq bu komanda ilə ilk qarşılaşmada paytaxt klubu minimal hesablı qələbə qazanıb. Görək indi bu komandaların mövsümün ikinci qarşılaşmasə necə nəticələnəcək.
 
"Xəzər-Lənkəran" isə Zaqatalanın "Simurq" komandasını qəbul edəcək. Lənkəranlılar ötən turda "Qəbələ"-yə məğlubiyyətdən sonra öz azərkeşləri qarşısında bəraət qazanmağa çalışacaq. Və bunun üçün XL-ın əla imkanı var. Heyətin əsas üç futbolçusu ilə vidalaşan "Simurq" sonuncu yeri tutan MOİK-dən cəmi bir xal irəlidədir. Və bu hal Cokiça Haciyevskini narahat etməyə bilməz. Bir tərəfdən, XL-ın qələbə qazanacağına heç kəs ("Simurq"dan başqa) şübhə etmir. Ancaq digər tərəfdən zaqatalalılar elə komandadır ki, heç bilmirsən onlardan nə gözləmələk olar. Amma əmin ola bilərik ki, lənkəranlıların çalışdırıcısı Mirça Rednik də bunu nəzərə alacaq. Və əgər hər iki komanda bu oyuna yüksək əhval-ruhiyədə yaxınlaşsa, bizi çox maraqlı oyun gözləyəcək. Əlavə edək ki, saytımızın oxucularının fikrincə məhz bu görüşdə turun sürpriz nəticəsi olacaq.
 
Turun son görüşündə isə Toni Adamsın "Qəbələ"-sini Kaxaber Sxadadzenin "İnter"-in qonağı olacaq. Hər görüşdə fərqli futbol və nəticə bəxş edən "İnter" oyundan oyunda daha yaxşı futbol sərgiləyən "Qəbələ"-yə qalib gələ biləcəkmi? Və yaxud əksinə, "Qəbələ" "İnter"-i məğlub etməyə bacaracağmı? "Radarlar" bu oyuna yüksək əhval-ruhiyədə gəlir. Axı son turda çempionluq uğrunda mübarizə aparan və o vaxt ikinci gedən XL məğlub edildi. "İnter" isə öz növbəsində qələbə qazanmasa da lider "Neftçi"-dən xal qoparda bildi. Nəzərə alsaq ki, birinci dövrədə paytaxt derbisinin qalibi "Neftçi" olmuşdur, bu bir xalı da nailiyyət adlandırmaq olar. Qeyd etməkdə lazımdır ki, "Qəbələ" çempionatdaki son məğlubiyyətini məhz "İnter"-lə ev oyununda alıb – 0:1. Bu 6-cı turda baş verib. Bundan sonra Adamsın yetirmələri bir dəfə də olsun məğlub olmayıb. Yəni komanda bu qarşılaşmaya altıoyunluq məğlubiyyətsiz seriyası ilə yaxınlaşır. Bu isə "İnter" – "Qəbələ" qarşılaşmasına əlavə maraq gətirir.
 
14:00 MUĞAN – NEFTÇİ
16:00 BAKI – QARABAĞ
16:00 XƏZƏR-LƏNKƏRAN – SİMURQ
18:00 İNTER – QƏBƏLƏ
 
Dünən isə turun iki oyunu keçirildi:
TURAN – GƏNCƏ - 2:1
Qollar: Fərmayıl Əliyev (63), Muammer Erdoğdu (69) – Junivan Suares (36)
 
MOİK – AZAL - 1:1
Qollar: Nuran Qurbanov (47) – Pius İkedia (25) 
 
Turnir cədvəli: 
 
Komanda
O
Q
H
M
 TF
X
1
Neftçi
12
8
3
1
26-7
27
2
AZAL
13
7
4
2
18-7
25
3
XL
12
7
3
2
13-6
24
4
İnter
12
7
2
3
10-9
23
5
Qarabağ
12
6
3
3
15-7
21 
6
Qəbələ
12
5
3
4
9-7
18
7
Bakı
12
4
3
5
15-16
15
8
Gəncə
13
3
6
4
19-20
15
9
Muğan
12
2
5
5
6-11
11
10
Turan
13
2
5
6
11-18
11
11
Simurq
12
1
3
8
9-20
6
12
MOİK
13
1
2
10
5-28
5
 
Bombardirlər:
12 – Nəsimov (Neftçi)
7 – Yuşka (AZAL), Junivan (Gəncə)
6 - Adamiya (Qarabağ)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.