13 noyabr 2010 00:12
"Mourinyo kimdir ki, o hələ nəsə deyir?!"
İspaniyanın "Real" komandasının baş məşqçisi Joze Mourinyo "Sporting Gijon" komandasını "Barcelona"-ya bilərəkdən məğlub olmasını ittiham etdi. Azerisport.az xəbər verir ki, "Sporting Gijon"-un çalışdırıcısı Manuel Presiado isə buna sərt şəkildə cavab verdi.
"Mourinyo mənim xoşuma gəlmir və bunu onun üzünə demək istəyirəm. O kimdir ki, hələ nəsə deyir?! Onun dediyləri zarafat olsa belə, bu alçaq sözlər idi. Mən onu pis insan hesab edirəm. Başqa komandalara hörmət göstərmir. Mourinyo qələbələrə alışıb. Ancaq heçnə olmaz. Bu keçib gedəcək. Vaxt gələcək, o da məğlub olacaq", - Presiado dedi.
Mənbə: Reuters
