13 noyabr 2010 12:41

`Rednikin də mənə səs verməsi böyük xöşbəxtlikdir`

Premyer Liqada oktyabr ayının ən yaxşı futbolçusu seçilən Neftçi`nin braziliyalı yarımmüdafiəçisi Flavinyo tədbir zamanı bir sıra maraqlı məqamlarla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, KİV nümayəndələrinin suallarını cavablandırarkən, braziliyalı oyunçu bunları açıqlayıb.
 
- Oktyabrın ən yaxşı oyunçusu seçiləcəyini gözləyirdinmi?
- Bu, mənim üçün sürpriz oldu. Azərbaycanda çoxlu yaxşı futbolçu var və ən yaxşı olmaq hər kəsin haqqıdır.
 
- Bəs sən özün ən yaxşı futbolçu kimi seçərdin?
- Bakı klubunun 9 nömrəli futbolçusu Vaqif Cavadova səs verərdim.
 
- Xəzər Lənkəran`ın baş məşqçisi Mirça Rednik də Flavinyoya səs verib. Bu iki komanda əzəli rəqiblər olduğunu nəzərə alsaq, Mirça Rednikin də sənə səs verməsi haqqında nə deyə bilərsən?
- Futbolda hər şey ola bilər. Xəzər Lənkəran`ın baş məşqçisi Mirça Rednikin də mənə səs verməsi mənim üçün böyük xöşbəxtlikdir. Mənim üçün böyük fərəh hissidir, öz üzərimdə daha çox işləməyə ruhlandırır.
 
- Azərbaycan milli komandasında oynamaq istərdin?
- Azərbaycana gəldiyim hələ çox qısa zamandır. Tam uyğunlaşmaq lazımdır. Gələcəkdə bəlkə də bu haqda fikirləşə bilərəm, amma indi heç nə deyə bilmərəm.
 
- Bundan sonra neçə dəfə ayın oyunçusu seçilmək istəyirsən?
- Hər ay ən yaxşı oyunçu seçilmək üçün daha çox çalışacam.
 
- Aldığın pulu hara xərcləyəcəksən?
- Yəqin ki, Neftçi`dəki dostlarım üçün xərcləyərəm.
 
- Muğan - Neftçi oyunu ilə bağlı nə fikirləşirsən?
- Muğan yaxşı klubdur. İlk dövrədəki oyunumuz çox çətin oldu. Güclü müdafiələri var. Elə hesab edirəm ki, sabah bizə daha çətin olacaq. Biz oyuna maksimum köklənməliyik. Sabahkı oyun bizim üçün çox vacibdir, mütləq qalib gəlməliyik. Biz var gücümüzlə çalışmalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.