13 noyabr 2010 00:50
Millimizin rəqibi aparıcı oyunçusunu 8 həftəlik itirdi
Türkiyə millisinin və Beşiktaş`ın aparıcı hücumçusu Nihat Kahveçi təxminən 8 həftə yaşıl meydanlardan kənar qalacaq. Azerisport.az xəbər verir ki, buna onun Türkiyə kubokunun Gaziantep BB ilə oyununda 62-ci dəqiqədə zədələnərək meydanı tərk etməsi olub.
Qarşılaşmadan sonra həkim müayinəsindən keçən Nihatın hazırkı vəziyyətinin çox ciddi olduğu söylənilir. Klubun həkimi Devrim Urqun bu barədə verdiyi açıqlamada bunları bildirib: “Nihatın qasıq nahiyyəsində yırtıq təsbit olunub və futbolçu ən azı 8 həftə yaşıl meydandan uzaq qalacaq”.
