13 noyabr 2010 12:57
Revaz Dzodzuaşvili Turan`dan ayrıldı
Turan`ın baş məşqçisi Revaz Dzodzuaşvili Premyer Liqanın 13-cü turu çərçivəsində dünən keçirilən Turan – Gəncə matçından dərhal sonra vətəninə yola düşüb. Azerisport.az xəbər verir ki, buna onun anasının rəhmətə getməsi səbəb olub. Hələlik onun Tovuz klubunun düşərgəsinə nə vaxt qayıdacağı dəqiq bilinmir.
