Bu gün keçirilən üç oyunla futbol üzrə birinci divizion komandaları arasında keçirilən ölkə çempionatının 10-cu turunun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, cari mövsümün ən iddialı komandasına çevrilən Abşeron növbəti xal itkisi ilə üzləşib. Bu dəfə Karvan`la səfər matçında rəqib qapısına yol tapa bilməyən Mirbağır İsayevin yetirmələri 1 xalla kifayətləniblər. Digər 2 oyunda isə qonaqlar qələbəyə sevinən tərəf olub.
Birinci divizion
10-cu tur
14 noyabr
Energetik - Şəmkir - 0:1
Qol: Anar Rzayev, 67.
Karvan – Abşeron – 0:0
Şuşa – Şahdağ – 0:3
Qollar: Tofiq Qədimov, 47; 67. Eldar İsmayılov, 65.
1. Abşeron 10 8 2 0 25-1 26
2. Rəvan 10 8 1 1 22-5 25
3. MKT-Araz 10 6 1 3 13-11 19
4. Neftçi İSM 10 5 3 2 15-8 18
5. Sumqayıt 10 5 3 2 14-12 18
6. Şahdağ 10 5 3 2 19-8 18
7. Bakılı 9 4 1 4 12-13 13
8. Karvan 10 3 4 3 12-13 13
9. Ədliyyə 10 3 2 5 11-21 11
10. Anşad Petrol 9 2 3 4 13-15 9
11. Göyəzən 10 2 0 8 9-18 6
12. Energetik 10 1 3 6 6-21 6
13. Şuşa 10 1 2 7 5-21 5
14. Şəmkir 10 1 2 7 3-12 5