14 noyabr 2010 18:00
Millimiz Çernoqoriyaya getdi
Noyabrın 17-də Çernoqoriya yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandası bu gün Podqoritsa şəhərinə yola düşüb. Azerisport.az xəbər verir ki, noyabrın 15-də, yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 18:00), Podqoritsa Milli stadionunda millimizin mətbuat üçün məşqi keçiriləcək. Noyabrın 16-da, yerli vaxtla saat 11:00-da isə (Bakı vaxtı ilə saat 14:00) Crna Gora otelində baş məşqçi Berti Foqtsun mətbuat konfransı təşkil olunacaq.
