14 noyabr 2010 18:29
Xəzər Lənkəran`ın argentinalı forvardı özünə yeni klub tapdı
Bir müddət əvvəl Xəzər Lənkəran`la yollarını qarşılıqlı razılıq əsasında ayıran argentinalı hücumçu Dieqo Ruis özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, sözügedən futbolçu yenidən Rumıniya çempionatına qayıtmağa qərar verib. Bundan sonra o, Tarqu Mureş`in şərəfini qoruyacaq.
