14 noyabr 2010 20:29
Rusiya Premyer Liqasında yeni çempion sona iki tur qalmış müəyyənləşdi
Rusiya Premyer Liqasında yeni çempionun adı müəyyənləşib. Azerisport.az xəbər verir ki, Zenit, ən yaxın rəqibi CSKA Moskva'nın xal itirməsi nəticəsində yeni çempionluğunu elan edib.
Çempionatın 28-ci turunda Zenit`ə Rostov qarşısında qalibiyyəti və çempionluğu gətirən qollar 40-cı dəqiqədə penaltidən Lazovic, 75-ci dəqiqədə Sergey Semak, 82-ci dəqiqədə Kerjakov və 90, 90+1-ci dəqiqələrdə dubla imza atan Buxarovdan gəlib. Nəticədə Zenit, ən yaxın rəqibi CSKA ilə arasındakı xal fərqini çempionatın bitməsinə 2 həftə qalmış 8-ə çıxararaq, Rusiya Premyer Liqasında 2010-2011 mövsümünü vaxtından öncə çempion olaraq tamamlayıb.
