14 noyabr 2010 22:27
Marçello Lippi Ukrayna millisində
2006-cı ildə keçirilən dünya çempionatında İtaliyayla çempionluq sevinci yaşayan Marçello Lippi Ukrayna Futbol Federasiyasından təklif alıb. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis tezliklə Ukrayna millisinin sükanı arxasında görünə bilər.
La Gazzetta dello Sport'un xəbərinə görə, 62 yaşlı çalışdırıcı 3 gün sonra İsveçrə ilə Ukrayna arasında oynanılacak matçı izləyəcək və son qərarını verəcək.
Qeyd edək ki, son dünya çempionatının ardından istefa verən və Çezare Prandelliylə əvəzlənən italiyalı mütəxəssis Atalanta, Napoli, Juventus və Inter kimi klublarda da fəaliyyət göstərib.
