15 noyabr 2010 13:00
Muğan`ın yeni baş məşqçisi müəyyənləşdi
Premyer Liqanın son turunda baş məçqçisi Almir Hirtiçlə yollarını ayırmaq məcburiyyətində qalan Muğan artıq özünə yeni baş məşqçi tapıb. Azerisport.az xəbər verir ki, bu haqda Salyan klubunun vitse-prezidenti Bəhruz Şirəliyev məlumat verib.
Onun sözlərinə görə, bundan sonra komandaya köməkçi-məşqçilərdən Bəhmən Həsənov rəhbərlik edəcək: “Biz qərara gəldik ki, bosniyalı sabiq baş məşqçimizin köməkçisi Bəhmən Həsənova şans verək. Hər halda onun 3 illik iş təcrübəsi var. Lakin bu heç də qarşıya qoyduğumuz vəzifənin dəyişməsi anlamına gəlməməlidir. Əlbəttə, “altılığ”a düşmək çox çətin olacaq. Amma biz öz məşqimizə şans veririk və nəyin necə olacağını zaman göstərəcək”.
