15 noyabr 2010 13:44
Podqoritsada millinin kapitanı Mahir Şükürov olacaq
Noyabrın 17-də Podqoritsa şəhərində Çernoqoriya və Azərbaycan milli komandaları yoldaşlıq oyunu çərçivəsində qarşı-qarşıya gələcəklər. Azerisport.az xəbər verir ki, bu qarşılaşmada millimizin kapitan sarğısını kimin daşıyacağı müzakirələrə səbəb olsa da, nəhayət bütün suallar aydınlıq gəlmiş olub.
AFFA-nın rəsmi internet saytının yaydığı xəbərə görə, Çernoqoriya ilə oyunda millimizin kapitanı Mahir Şükürov olacaq. Buna səbəb, əsas komandamızın kapitanı Rəşad Sadıqovun zədəli olduğuna görə noyabrın 17-də keçiriləcək qarşılaşmada iştirak etməməsidir.
