15 noyabr 2010 14:02
Şerif Azərbaycan çempionuyla qarşılaşmaqdan imtina etdi
Moldovanın Şerif klubu Birlik kubokundan imtina edib. Azerisport.az xəbər verir ki, bu haqda Rusiya mətbuatı məlumat verib.
Məlumatda bildirilir ki, Moldova çempionunun Sankt-Peterburq şəhərində keçiriləcək turnirə yollanmaqdan imtina etməsinə futbolçularını qorumağa qərar verməsi səbəb olub. Nəticədə reqlamentə əsasən Moldovanı qarşıdakı Birlik Kubokunda vitse-çempion İskra-Stal təmsil edəcək.
Maraq üçün onu da əlavə edək ki, yanvarda keçiriləcək sözügedən turnirdəki bu dəfəki təmsilçimiz son Azərbaycan çempionu İnter olacaq.
