15 noyabr 2010 14:39
Futbolda hələ belə bir səbəbə görə komandadan qovmayıblar
Hollandiyanın "Ajax" klubu 18-yaşlı qanalı yarımmüdafiəçisi Rene Osei Kofini komandasında qovdu. Azerisport.az xəbər verir ki, futbolda müqavilənin vaxtından əvvəli pozulması adi bir şeydi, lakin bu dəfə bu qeyri-adi bir hadisə nəticəsində baş verib: 18-yaşlı Kofi öz komanda yoldaşını tapanca ilə hədələyirdi. Hollandiyanın ikinci division çempionatında "Almere City"-də icarə əsasında çıxış edən Kofinin komanda yoldaşı Kristian Qandu ilə mübahisəsi yaranıb. Nəticədə qanalı tapancasını çıxardaraq, Qanduya ölümlə hədələyirdi. Ancaq komandanın futbolçuları müdaxilə edərək, mümkün faciəni aradan qaldırdı.
Mənbə: Ghanasoccernet
