15 noyabr 2010 14:47
Muğan rəhbərliyi uğursuzluğun acığını bosniyalı oyunçulardan çıxdı
Cari mövsümə yaxşı başlasa da, son turlarda ardıcıl məğlubiyyətlərlə alt pillələrə yuvarlanan və nəticədə baş məşqçisi Almir Hurtiçin istefasıyla barışan Muğan rəhbərliyi daha 2 futbolçunu cəzalandırıb. Azerisport.az xəbər verir ki, Salyan klubunun başbilənləri uğursuzluqlarda əsasən iki bosniyalı oyunçunu - qapıçı İrfan Feyziçlə müdafiəçi İliya Prodanoviçi günahkar çıxarıb.
Hər iki futbolçu xüsusilə Neftçi ilə son turun oyununda (0:3) çoxlu səhvlərə yol verdiyindən əvəzedici heyətə göndəriliblər. Ondan əvvəl isə hələ Hurtiçin dövründə Ruhid Usubov əvəzedici komandaya göndərilmişdi.
