15 noyabr 2010 15:36
AFFA ən sərt cəzanı MOİK-ə və qapıçısına kəsdi
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib:
Premyer Liqanın 13-cü turunun MOİK – AZAL matçının 60-cı dəqiqəsində MOİK-in futbolçusu Amiran Qventsadze aqressiv oyuna görə (rəqibə əl ilə zərbə) birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 4000 manat cərimə olunub.
“Muğan” – “Neftçi” matçında isə hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunub.
