15 noyabr 2010 16:11
Jaja millimizə qarşı oynamaqdan imtina etdi
Son həftələrdəki yüksək performansı ilə diqqət çəkən Trabzonspor'un braziliyalı oyunçusu Jaja Türkiyə millisində oynamaqdan imtina edib. Azerisport.az xəbər verir ki, sərgilədiyi futbolla hətta “ay-ulduzlular”ın baş məşqçisi Quus Hiddinkin də diqqətini çəkən perspektivli futbolçu gələn dəvəti rədd edib.
Hiddinkə, ünvanına söylədiyi xoş sözlərə görə minnətdarlığını bildirən Jaja, Türkiyə yığmasının şərəfini qorumağı düşünmədiyini bəyan edib: "Ümid edirəm ki, Braziliya millisinin çalışdırıcısı Menezes məni izləyir” deməklə, əsas hədəfini açıqlamış olan futbolçu onu Rivaldoya bənzədənlərə də təşəkkürünü bildirib: “Bu çox xoşdu və mən də həmişə elə Rivaldo kimi bir oyunçu olmağı arzulamışam”.
Qeyd edək ki, Türkiyə millisi AÇ-2012-nin seçmə mərhələsində yığmamızla eyni qrupda mübarizə aparır və Jaja “ay-ulduzlular”ın şərəfini qorumağa razı olsaydı, Türkiyədəki cavab matçında komandamıza qarşı forma geyə bilərdi.
