15 noyabr 2010 16:55
Flavinyo 2010-cu ili vaxtından əvvəl başa vurdu
Premyer Liqanın 13-cü turu çərçivəsində Muğan`la səfər matçında ağır zədə alaraq oyunu yarımçıq dayandırmaq məcburiyyətində qalan Neftçi`nin braziliyalı üzvü Flavinyo 2010-cu ildə komandasına kömək edə bilməyəcək. Azerisport.az xəbər verir ki, paytaxt klubunun aparıcı üzvünün yaşıl meydana qayıtması gələn ilin yanvar ayına təsadüf edəcək.
Buna onun ayaq sümüklərində sınıq aşkarlanması səbəb olub. Məhz bu səbəbdən həkimlər braziliyalının ən azı iki ay futbol oynaya bilməyəcəyini proqnozlaşdırır. Məhz bu müddətdən sonra o normal məşqlərə başlaya biləcək.
