15 noyabr 2010 19:08
Bakı üçün Türkiyədə 3 yoldaşlıq oyunu
Ölkə kubokunun sonuncu qalibi Bakı qış fasiləsi dönəmində Türkiyəyə gedəcək. Azerisport.az xəbər verir ki, paytaxt klubunun rəhbərliyi mövsümü heç də normal keçirməyən komandanı yanvarın ortalarında qardaş ölkəyə yollayacaq.
Artıq bu məqsədlə yaxın günlərdə klub başbilənləri sözügedən təlim-məşq toplanışının təşkilati işlərini yoluna qoymaq üçün Türkiyəyə yollanacaq. Artıq almaniyalı baş məşqçi Vinfrid Şeferin Türkiyədəki hazırlıq prosesi zamanı yetirmələrini 3 hazırlıq matçında yoxlamaq istədiyi də bildirilir. “Zolaqlılar”ın sözügedən toplanışının fevralın əvvəlinə kimi davam etməsi gözlənilir.
