15 noyabr 2010 19:21
Qarabağ Zabrat qəsəbə stadionuna köçdü
Qarabağ Premyer Liqanın növbəti turunun hazırlıqlarına start verib. Azerisport.az Ağdam klubunun rəsmi saytına istinadən məlumat verir ki, Bakı`yla oyundan sonra istirahət etməyən Qurban Qurbanovun yetirmələri dünən Zabrat qəsəbə stadionunda məşqə çıxıb. Bu gün də komanda günün tək çalışmasını yenə eyniadlı məkanda keçib.
Klubun rəsmi saytı komandanın hazırlıq prosesinin keyfiyyətinə də toxunub: “Amma hər nər nə qədər komanda AZAL-la oyunun hazırlıqlarına dərhal başlasa da, bu heç də komandamızın keyfiyyətli çalışması anlamına gəlmir. Belə ki, Bakı`yla oyunun hazırlıqlarında çıxış etməyən milli futbolçular paytaxt təmsilçisiylə oyundan sonra millinin düşərgəsinə qoşularaq Çernoqoriyaya yollanıblar. Belədə komandamız yenidən məşqlərini `alayarımçıq` heyətlə keçməkdə davam edir”.
Sonda onu da vurğulayaq ki, Qurban bayramı ilə əlaqədar olaraq Qarabağ`da sabah istirahət elan olunub.
