15 noyabr 2010 19:58
Turan`ın stadionunda yenidənqurma işləri
Tovuz rayon stadionunun ərazisində təmir-tikinti işləri aparılır. Azerisport.az xəbər verir ki, bu haqda Turan`ın rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, uşaq futbolu üçün nəzərdə tutulan 4 yeni meydançanın tikintisi sürətlə davam edir.
Artıq 35x20 m olan süni örtüklü meydança təmir olunaraq yenidən istifadəyə verilib. Bundan başqa 75x35 m (təbii ot örtüklü), 90x45 m (süni örtüklü) və 22x48 m (süni örtüklü) meydançaların da yaxın zamanda Tovuz Uşaq Futbol Məktəbinin xidmətinə verilməsi nəzərdə tutulub.
