15 noyabr 2010 20:12
Millimiz Podqoritsada ilk məşqinə çıxdı, Ağayev topdan şikayətləndi
Noyabrın 17-də Çernoqoriya millisiylə yoxlama görüşü keçirəcək Azərbaycan milli komandası bu gün Podqoritsa şəhərində açıq məşqə çıxıb. Azerisport.az xəbər verir ki, məşqdə millimizin bütün futbolçuları iştirak ediblər. Komandamızda heç bir zədəli futbolçunun olmaması sevindirməyə bilməz.
Qeyd edək ki, komandamız məşqə nəzərdə tutulan vaxtdan 10 dəqiqə gec çatlb. Hazırılıq prosesindən sonra millimizin və Xəzər Lənkəran`ın qapıçısı Kamran Ağayev topdan şikayətlənib. O, belə hesab edir ki, belə topları ancaq qapıçıların işini ağırlaşdırmaq üçün istifadəyə verilib.
