15 noyabr 2010 21:03
Panathinaikos`da baş məşqçi dəyişikliyi
Yunanistan çempionatının iştirakçılarından Panathinaikos'da baş məşqçi Nikos Nioplias vəzifəsindən istefa verib. Azerisport.az xəbər verir ki, ölkənin öndə gedən klublarından olan Panathinaikos`un rəsmi saytı da xəbəri təsdiqləyib.
Məlumatda o da vurğulanıb ki, yunanıstanlı mütəxəssisin istefasına milli çempionatda alınan uğursuz nəticələr səbəb olub. Nəticədə Panathinaikos rəhbərliyi müvəqqəti də olsa, baş məşqçi postunu Yacek Gmoça etibar edib.
Qeyd edək ki, Nioplias, Panathinaikos'un sükanı arxasında 2009-cu ilin avqust ayından fəaliyyət göstərirdi.
