15 noyabr 2010 21:45
Çernoqoriya – Azərbaycan matçının gündüz keçirilməsinin səbəbi aydınlaşdı (FOTO)
Məlum olduğu kimi, noyabrın 17-də keçiriləcək Çernoqoriya və Azərbaycan yığmaları arasındakı yoldaşlıq oyunu gündüz saatlarında keçiriləcək. Azerisport.az xəbər verir ki, buna səbəb Podqoritsadakı stadionda işıqlandırma sisteminin tam hazır olmaması göstərilir.
Bundan əlavə Çələbiyev adına arenanın oturacaqlarının da tam qurulmadığı müəyyənləşib. Bir sözlə millimizin növbəti oyununa ev sahibliyi edəcək arena qarşılaşmaya heç də tam hazır deyil.
Maraq üçün qeyd edək ki, Çernoqoriya – Azərbaycan qarşılaşması yerli vaxtla 13:00-da (Bakı vaxtıyla 16:00) start götürəcək.
