15 noyabr 2010 22:11
Şahin Diniyev noyabrın sonunda Terek`lə vidalaşır
Millimizin sabiq baş məşqçisi Şahin Diniyev noyabrın sonunda Terek`lə yollarını ayıra bilər. Azerisport.az xəbər verir ki, buna əsas səbəb həmyerlimizin Qroznı klubu ilə müqaviləsinin müddətinin başa çatmasıdır.
Qeyd edək ki, noyabrın 28-də Terek Rusiya Premyer Liqasında son oyununu keçirəcək və komanda istirahətə buraxılacaq. Elə həmin günün səhəri Diniyevin də müqaviləsi başa çatmış olacaq. Lakin hələlik millimizin sabiq çalışdırıcısının hazırkı klubundakı fəaliyyətini davam etdirib-etdirməyəcəyi dəqiq bilinmir. Hər şey tərəflər arasındakı yeni danışıqlardan asılı ola bilər.
Maraq üçün onu da xatırladaq ki, bir müddət əvvəl Şahin Diniyevə Qazaxıstanın Atırau klubundan təklif olmuş, lakin həmyerlimiz tərəfindən qəbul edilməmişdi.
