15 noyabr 2010 22:27

Qarabağ`ın uğursuzluqlarının əsas səbəbi millidir?

Qarabağ`ın Premyer Liqanın son turunda Bakı`ya 0:2 hesablı məğlubiyyəti daim eşitdiyimiz bir söhbəti yenidən gündəmə gətirdi. Azerisport.az-ın xəbərinə görə, adətən Berti Foqtsun millini hər dəfə təlim-məşq toplanışına yığmasına kəskin etirazını dilə gətirən Ağdam klubunun rəsmiləri, futbolçuları yenə adətindən qalmadı.
 
Bəs görəsən, onlar bu iradlarına nə dərəcədə haqlıdırlar? Adi bir araşdırma ilə bu məsələyə münasibətimizi bildirməyə çalışacağıq. Məlum olduğu kimi, Noyabrın 8-dən 11-dək Bakı şəhərində millimizin təlim-məşq toplanışı təşkil olundu. Baş məşqçi Berti Foqts həmin toplanışa Qarabağ`dan 5 oyunçu dəvət etmişdi. Bunlar qapıçı Fərhad Vəliyev, yarımmüdafiəçilər Rəşad Sadiqov, Elvin Məmmədov və hücumçular Vüqar Nadirovla Rauf Əliyev idi.
 
Son dövrlərə qədər əsas komandamızın heyətinə daha çox oyunçu verən komanda məhz Ağdam təmsilçisi olsa da, son dövrlər bu yöndə müəyyən dəyişikliklər baş verdi. Nəticədə Neftçi də milliyə daha çox oyunçu verən klublarımızdan birinə çevrildi. Elə Foqtsun noyabrın 1-də açıqladığı siyahıda da təlim-məşq toplanışına çağırılan Neftçi üzvləri Qarabağ`ın oyunçularından çox idi. Maraq üçün qeyd edək ki, bunlar müdafiəçilər Ruslan Abışov və Ruslan Əmircanov, yarımmüdafiəçilər Amit Quluzadə, Cavid Hüseynov, Araz Abdullayev və hücumçu Fərid Quliyev idi.
 
Milliyə daha çox oyunçu verən bu iki klubun Foqtsun sərəncamına göndərdiyi futbolçuların adlarını sadalamağımız heç də təsadüfi deyil. Diqqət yetirdiyiniz kimi, Neftçi`nin əsas komandamıza verdiyi oyunçuların sayı Qarabağ`lılarla müqayisədə daha çoxdu. Lakin paytaxt klubunun nə 1 futbolçusu, nə rəsmisi, nə də baş məşqçisi bu məsələylə bağlı hansısa açıqlamada bulunmadı. Düzdü, bunda daha çox “ağ-qaralar”ın Salyan səfərində Muğan`ı darmadağın etməsi oldu. Amma hətta xal itkisiylə üzləşsəydilər də belə, Neftçi tərəfinin uğursuzluqdakı bütün günahı millinin, Foqtsun üztünə atacağı inandırıcı görünmür.
 
Bu gün Qarabağ`ın və millimizin təcrübəli yarımmüdafiəçilərindən Rəşad Sadiqov da Azerisport.az-a verdiyi müsahibədə bəyan edib ki, komandasının uğursuzluqlarının əsas səbəblərindən biri millinin təlim-məşq toplanışlarıdır. Hər halda onsuz da ideal vəziyyətdə olmayan əsas komandamızın belə çətin durumunda belə tənqidlərin heç də yerinə düşmədiyini qeyd edib, bu məsələyə nöqtə qoymaq istərdik.
 
Lakin sonda başqa bir məqama da diqqəti yönəltmək istərdik. Məlum olduğu kimi, baş məşqçi Qurban Qurbanov başda olmaqla, klub rəsmiləri də, futbolçular da zədəli Maksim Medvedyev, Samir Abasov, Əfran İsmayılov, həmçinin mövsüm öncəsi Türkiyənin Eskişehirspor klubuna keçən Rəşad Sadıqovun yoxluğunu önə çəkirlər. Bəs görəsən həmin oyunçuların yoxluğunu milli rəhbərliyi, Foqts doldurmalıdır? Axı yaxşı deyiblər ki, insan ilk növbədə öz gözündəki tiri görməlidir ki, başqasının da gözündə çöp axtarsın. Son illər Qarabağ ölkəmizin avrokuboklardakı ən layiqli təmsilçisinə çevrilsə də, elə ehtiyat oyunçular skamyasının kiçik olmasının əsas problem olmasına rəğmən hər uğursuzluq sonrası millinin toplanışlarının qabardılması da dəyişməz söhbət olaraq qalmaqdadı. Bəlkə məsələyə daha qlobal nöqteyi nəzərdən baxmaq lazımdı?

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.