15 noyabr 2010 00:41
Millimizin sabiq üzvündən 90 dəqiqəlik oyun və qələbə
Millimizin sabiq üzvlərindən Ernani Pereyra ilə İlqar Qurbanovun formasını geydiyi Mersin İdman Yurdu Türkiyə Bank Asiya birinci liqasında növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, futbolçularımızdan birinin oynayıb, digərinin ehtiyatda qaldığı qarşılaşmada mersinlilər qələbəni bayram edən tərəf olub.
Baş məşqçi Nurullah Sağlam futbolçularımızdan İlqara bu dəfə şans verməyib. Start heyətində yer alan Ernani isə 90 dəqiqə meydanda olub. Qarşılaşmada hesabı 56-cı dəqiqədə mersinlilərdən Tuna açıb. 70-ci dəqiqədə qonaqlar hesabda tarazlıq yaratsa da, bundan 8 dəqiqə sonra Yunus yenidən Mersin İdman Yurdunu hesabda önə keçirib və oyun 2:1 hesabıyla meydan sahiblərinin xeyrinə bitib.
Qeyd edək ki, bu, Nurullah Sağlamın rəhbərliyi altında İlqarla Ernaninin komandasının qazandığı ilk qələbə idi. Hazırda bu komanda 14 xalla 10-cu yerdə gedir.
MERSİN İDMAN YURDU - AKHİSAR BELEDİYESİ – 2:1
Mersin İdmanyurdu: Kerem xx, Boum xx (Dk. 88 Hüseyin x), Fatih Eğedik x, Musa x (Dk. 42 Nurullah xxx), Erdal xx, Hasan x (Dk. 68 Fatih Şen xx), Mehmet x, Pereira xx, Yunus xxx, Tuna xxx, Şehmus xxx
