15 noyabr 2010 12:48
Hiddink Rəşad Sadıqovun komanda yoldaşını millidən kənarlaşdırdı
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində millimizin rəqiblərindən olan Türkiyə yığmasının heyətində növbəti dəyişikliyə əl atılıb. Azerisport.az xəbər verir ki, baş məşçqi Quus Hiddink daha 2 futbolçunu “ay-ulduzlular”ın heyətindən kənarlaşdırılıb.
Qardaş ölkə mətbuatının yazdığına görə, bunlar Batuhan Karadənizlə Gökhan Süzendir. Hər iki futbolçunun heyətdən kənarlaşdırılmasına onların Superliqanın son turunda zədələnməsi səbəb olub. Nəticədə Hiddink Manisaspor`un üzvü Eren Aydını yığmaya dəvət edib.
Qeyd edək ki, Batuhan Karadəniz millimizin kapitanı Rəşad Sadıqovun da formasını geydiyi Eskişəhərspor`un üzvüdür. Gökhan isə İstanbul Büyükşühir Belediyyəspor`un üzvüdür.
