16 noyabr 2010 13:46
Azərbaycan yığması İspaniya ilə eyni qrupda
Bu gün 17 yaşadək qızlar arasında Avropa çempionatının 2011/12 mövsümünün ilkin seçmə mərhələsinin püşkü atılıb. Azerisport.az xəbər verir ki, 2012-ci ildə AÇ-nin ilkin seçmə mərhələsində 40 komanda mübarizə aparacaq.
9-cu seçmə qrupda yer alan millimizin rəqibləri Ukrayna, Bosniya-Herseqovina və İspaniya olacaq. Qeyd edək ki, bu qrupun oyunları 2011-ci ilin sentyabr-oktyabr aylarında Azərbaycanda keçiriləcək.
İlkin seçmə mərhələdə qrupda birinci yeri tutan komandalarla yanaşı, ən yaxşı nəticə ilə 2-ci pillədə qərarlaşmış 4 yığma da ikinci seçmə mərhələyə vəsiqə qazanacaq. Almaniya və Hollandiya yığmalarının birbaşa qatılacağı ikinci seçmə mərhələnin oyunları 2012-ci ilin yazında keçiriləcək. Bu mərhələdə qrup qalibi olan komandalar Nyon şəhərindəki «Kolovre» stadionunda keçiriləcək final mərhələsində mübarizə aparacaq.
Xatırladaq ki, FİFA İcraiyyə Komitəsinin qərarına əsasən, 2012-ci ildə 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatının final mərhələsi Azərbaycanda təşkil olunacaq.
