16 noyabr 2010 14:04
Çernoqoriyalılar millimizlə oyuna daha iki futbolçu çağırdılar
Sabah millimizlə yoldaşlıq oyunu keçirəcək Çernoqoriya yığmasının heyətində dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, rəqibimizin baş məşqçisi Zlatko Krançar heyətə daha iki futbolçu çağırıb.
Çernoqoriyanın “Fudbal” portalının yazdığına görə, bunlar müdafiəçi Draşko Bojoviç və gənclərdən ibarət yığmanın kapitanı, yarımmüdafiəçi Mark Çetkoviçdir.
