16 noyabr 2010 16:23
Roma`nın hücumçusunun yığmamıza qarşı oynamayacağı dəqiqləşdi
Sabah yoldaşlıq oyunu çərçivəsində millimizlə qarşılaşacaq Çernoqoriya yığmasının aparıcı hücumçusu Mirko Vuçiniçin bu görüşdə forma geyməyəcəyi dəqiqləşib. Azerisport.az xəbər verir ki, bu haqda rəqibimizin baş məşqçisi Zlatko Krançar məlumat verib:
“Mirko Vuçuniç, Andre Delibaşiç, Miodraq Cudoviç, Mitar Novakoviçi bu oyundan azad etmişəm. Onlarla yanaşı Elsad Zverotiç zədəli olduğu üçün oynaya bilməyəcək. Bu futbolçuların yoxluğunda isə digərləri özlərini göstərmək şansı qazanacaqlar. Zeta`da oynayan Qoran Burzanoviçlə Vladimir Bolyeviçi də çağırmaq istəyirdim. Qoranın yaradıcılığından xoşum gəlir. Vladimir isə Nikola Drinçiçi əvəz edə bilərdi. Lakin zədə onları sınamağıma imkan vermədi”.
