16 noyabr 2010 17:35
Ruslan Abışov Vuçiniçin oynamamasına təəssüflənir
Millimizin və Neftçi`nin müdafiəçisi Ruslan Abışov İtaliyanın Roma klubunda forma geyən Mirko Vuçiniçin sabahkı oyunda yığmamıza qarşı oynamamasına təəssüflənir. Azerisport.az xəbər verir ki, bu haqda o, Podqoritsada keçirilən mətbuat konfransında danışıb:
“Təəssüf ki, sabahkı oyunda Vuçiniç çıxış etməyəcək. Belə bir hücumçuya qarşı oynamaq çox maraqlı olardı. Ancaq Çernoqoriya yığmasında onun layiqli əvəzləyiciləri də var. Heyətlərindəki digər hücumçuların da kifayət qədər təhlükəli olduğunu düşünürəm. Bura layiqli mübarizə aparıb, istədiyimiz oyunu sərgiləmək üçün gəlmişik. Əlimizdən gələni etməyə çalışacağıq. Ancaq sabahkı qarşılaşmada hansı mövqedə çıxış edəcəyimi hələ dəqiq bilmirəm”.
