Bu gün Premyer Liqada çıxış edən komandaların əvəzedici heyətləri arasında təşkil olunan Azərbaycan çempionatında təxirə salınmış iki oyun keçirilib. Azerisport.az xəbər verir ki, 9-cu turdan təxirə salınan oyunlardan biri sülhlə başa çatıb. AZAL və İnter hərəyə 1 xalla kifayətlənib. Doğma meydanda Neftçi üzərində minimal hesablı qələbəyə sevinən Turan isə yenidən vahid liderliyi ələ keçirib.
Əvəzedicilərin çempionatı
9-cu turun oyunları
16 noyabr (çərşənbə axşamı)
AZAL – İnter - 1:1
Qollar: Elnur Hüseynov, 10 - Ramil Mansurov, 50.
Turan – Neftçi - 1:0
Qol: Şəhriyar Xəlilov, 83.
1. Turan 13 10 2 1 23-9 32
2. Bakı 13 9 3 1 32-9 30
3. AZAL 13 7 5 1 19-7 26
4. Qəbələ 13 7 4 2 29-13 25
5. Muğan 13 5 3 5 11-11 18
6. İnter 13 4 6 3 13-16 18
7. MOİK 13 4 5 4 17-16 17
8. Neftçi 13 4 3 6 21-19 15
9. Qarabağ 13 3 3 7 22-26 12
10. Gəncə 13 2 4 7 13-20 10
11. XL 13 3 1 9 10-28 10
12. Simurq 13 0 1 12 6-42 1