16 noyabr 2010 19:57
“Türkiyə millisini gəncləşdirməyimə Azərbaycan yenilgisi səbəb oldu”
Sabah Hollandiyada yerli yığmayla yoldaşlıq oyunu keçirəcək Türkiyə millisinin baş məşqçisi Quus Hiddink ölkəsinə səfər zamanı NOS telekanalına maraqlı açıqlamalar verib. Azerisport.az xəbər verir ki, millimizin AÇ-2012-nin seçmə mərhələsindəki rəqiblərindən olan və Bakıda 0:1 hesablı məğlubiyyətə üzülən “ay-ulduzlular”ın hollandiyalı çalışdırıcısı millimizin qələbəsinin həyata keçirdiyi islahatlarda böyük rol oynadığını vurğulayıb.
Öncə Hollandiyaya niyə gənclərdən ibarət heyətlə gəldiklərinə dair suala Hiddink belə cavab verib: “Çünki Azərbaycan yenilgisi Türkiyə millisini gəncləşdirməyimə səbəb oldu. Türkiyə futbolundan həm məmnunam, həm də yox. Enişli-çıxışlı bir dönəmin içindəyik. Məsəlan, Belçikaya qarşı çox pis oynamadıq. Ancaq Azərbaycanla qarşılaşmada gözləmədiyimiz aqibətlə üzləşdik”.
