Sabah Avropanın, eləcə də dünyanın yaşıl meydanlarında əksər yığmalar yoldaşlıq oyunlarında qüvvəsini sınasa da, AÇ-2012-nin seçmə mərhələsində çərçivəsində də 2 qarşılaşma baş tutacaq. Azerisport.az xəbər verir ki, E və F qruplarında yer alan kollektivlərdən bəziləri rəsmi matçlarda qarşı-qarşıya gələcəklər.
E qrupunun keçirdikləri bütün qarşılaşmalarında uduzan iki autsayder komandası - Finlandiya ilə San Marino Helsinkidə qarşılaşacaqlar. Finlər nəhayət 4-cü matçında doğma meydanda uğur qazanmağa çalışacaq. Rəqibin qrupun ən zəif komandası olması da buna tam imkan verir.
F qrupunda isə vahid liderliyi ələ keçirməyə çalışan Xorvatiya doğma meydanda Maltanı qəbul edəcək. Qrupun autsayderi ilk xalını qazanmağa çalışacaqsa, xorvatlar lider Yunanıstanı qabaqlamaq fürsətini qaçırmamağa çalışacaq.
AÇ-2012-nin seçmə mərhələsi
17 noyabr
E qrupu
20:30. Finlandiya – San Marino
1. Hollandiya 4 4 0 0 12-2 12
2. Macarıstan 4 3 0 1 12-4 9
3. İsveç 3 2 0 1 9-4 6
4. Moldova 4 2 0 2 5-3 6
5. Finlandiya 3 0 0 3 2-6 0
6. San Marino 4 0 0 4 0-21 0
F qrupu
20:30. Xorvatiya – Malta
1. Yunanıstan 4 2 2 0 4-2 8
2. Xorvatiya 3 2 1 0 5-1 7
3. Gürcüstan 4 1 3 0 3-2 6
4. İsrail 4 1 1 2 5-5 4
5. Latviya 4 1 1 2 3-5 4
6. Malta 3 0 0 3 1-6 0