16 noyabr 2010 21:15
Bunedkor Azərbaycan çempionu ilə oyuna əsas heyətlə gəlir
Özbəkistanın Bunedkor klubu qarşıdakı Bilik kubokuna qatılacaq. Azerisport.az xəbər verir ki, bu haqda Rusiya mətbuatı xəbər yayıb.
Onların yazdığına görə, ötən il bu turnirə ikinci heyətlə qatılan Daşkənd təmsilçisi bu dəfə həmin səhvini təkrarlamayacaq. Belə ki, Mircəlal Qasımovun rəhbərlik etdiyi komanda Birlik kubokuna əsas heyətlə qatılacaq.
Qeyd edək ki, qarşıdakı Birlik kuboku 2011-ci il yanvarın 14-23-də Sankt-Peterburq şəhərində keçiriləcək. Ölkəmizi bu turnirdə son Azərbaycan çemionu İnter təmsil edəcək. Bunedkor isə təmsilçimizin potensial rəqiblərindən biridir.
