16 noyabr 2010 21:53
37 yaşlı Robert Pires Aston Villa`da
Daha çox Arsenal`dakı çıxışlarından tanıdığımız Robert Pires bundan sonra karyerasını Aston Villa`da davam etdirəcək. Azerisport.az xəbər verir ki, artıq sözügedən klubun rəhbərliyi 37 yaşlı futbolçuyla anlaşma da əldə edib. Təcrübəli oyunçunun yaxın bir həftə içində yeni klubunun düşərgəsinə qatılacağı bildirilir.
Artıq bu barədə məlumatı klubun rəsmi saytına açıqlamalar verən Aston Villa rəsmiləri də təsdiqləyib. Baş məşqçi Cerard Houllyer bu transferlə gənc oyunçulardan ibarət komandasının böyük təcrübə qazanmaq baxımından çatışmazlığı aradan qaldıracağını düşünür.
Qeyd edək ki, hazırda yenə Arsenal`ın düşərgəsində hazırlıq keçən Piresin transfer vərəqi özündədir və istədiyi kluba keçə bilər. O, bu yay son klubu olan Villarreal ilə müqaviləsi başa çatdığından işsiz qalmışdı.
