16 noyabr 2010 11:52
Millimizin Çernoqoriya ilə oyunu makedoniyalı hakimlərə tapşırıldı
Sabah Çernoqoriya – Azərbaycan yoldaşlıq oyununu idarə edəcək hakimlərin adları müəyyənləşməsə də, artıq onların hansı ölkədən olacağı dəqiqləşib. Azerisport.az xəbər verir ki, millimizin sabahkı oyununu makedoniyalı hakimlər briqadası idarə edəcək. Lakin çox maraqlıdır ki, hələ çernoqoriyalılar özləri də həmin hakimlərin kimliyi haqda bilgiyə malik deyil.
