16 noyabr 2010 00:02
Milan Avropa çempionunu heyətinə qatmaq istəyir
İtaliyanın "Milan" klubu İspaniya yığmasının və "Villarreal" komandasının cinah müdafiəçisi Joan Kapdevilya ilə heyətini gücləndirmək istəyir. Azerisport.az xəbər verir ki, bu marağa baxmayaraq, "rossoneri" transferə görə pul ödəmək niyyətində deyil. Əksinə, italyanlar yay mövsümünü gözləyir: məhz yayda Kapdevilyanın "Villarreal"-la müqavilə müddəti bitəcək.
Mənbə: Fourfourtwo
