16 noyabr 2010 12:09
Şahin Diniyev: Nəticə elə də önəmli deyil
Millimizin sabiq baş məşqçisi Şahin Diniyev Azərbaycan yığmasının sabah səfərdə Çernoqoriya ilə keçirəcəyi sınaq matçı ərəfəsində fikirlərini açıqlayıb. Azerisport.az açıqlamasında təcrübəli mütəxəssis bunları vurğulayıb:
“Bu matçın favoriti Çernoqoriyadır. Sirr deyil ki, rəqib bizim yığmadan daha güclüdür. Ancaq millimiz də bizi sevindirə bilər. Hesab edirəm ki, bu qarşılaşmada nəticə elə də önəmli deyil. Baş məşqçi heyəti müəyyənləşdirməli və problemləri aşkarlamağa çalışacaq. Yeni taktikaları da sınaqdan keçirmək olar. Hansı ki, belə sınaq matçları məhz hazırlıq xarakteri daşıyır. Ancaq qələbə qazansaq, bu, təbii ki, millidəki əhval-ruhiyyəni daha da yaxşılaşdırmış olacaq”.
