16 noyabr 2010 00:24
Inter hücumçusunun itirdi
İtaliyanın "Inter" klubu hücumçu Diyeqo Militonun xidmətlərindən iki həftəyə yaxın istefadə edə bilməyəcək. Azerisport.az xəbər verir ki, son turda "Milan"-la keçirilən görüşdə (0:1) o dizaltı əzələlərindən zədə alıb. Bu səbəbə görə forvard A Seriyasında "Chievo" və "Parma", Çempionlar Liqasında isə "Twente" ilə görüşlərdə komandasına kömək edə bilməyəcək. Xatırladaq ki, oktyabr ayın böyük hissəsini Milito Arqentina yığmasının heyətində keçirdiyi yoldaşlıq görüşündə aldığı zədəyə görə buraxmalı oldu.
Mənbə: Goal.com
