16 noyabr 2010 12:42
Ukrayna Futbol Federasiyası Lippi xəbərlərini yalanladı
Ukrayna Futbol Federasiyasının prezidenti Qriqori Surkis, təcrübəli italiyalı mütəxəssis Marçello Lippinin yığmanın sükanı arxasına keçəcəyi haqda söhbətlərə münasibətini bildirib. Azerisport.az xəbər verir ki, federasiya başçısı Lippiylə maraqlanmadıqlarını və hazırkı məşqçi Yuri Kalitvintsenin arxasında olduğunu bəyan edib.
2006-da İtaliya ilə dünya çempionu olan 62 yaşlı mütəxəssislə danışıqlar aparmadıqlarını söyləyən Surkis “Eurosport”a açıqlamasında yayılan xəbərlərin əsassız olduğunu vurğulayıb.
“Tuttomercatoweb”ə açıqlama verən Lippi isə yeni komandada işə başlamayana kimi bu yöndə heç bir açıqlama verməyəcəyini bildirib.
Qeyd edək ki, Lippinin Ukrayna millisindən təklif aldığı haqda xəbərlər dünən yayılmışdı.
