17 noyabr 2010 00:54
Cavadov yığmamızdan yaxşı oyun və nəticə gözləyir
AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyalarının prezidenti İsgəndər Cavadov Çernoqoriyaya yollanıb. Azerisport.az xəbər verir ki, onun səfərdə məqsədi millimizə dəstək olmaqdır.
Bu gün Podqoritsada yerli Çernoqoriya yığması ilə qarşılaşacaq əsas komandamızın oyununu canlı izləyəcək veteran futbolçu fikirlərini də bölüşüb və komandamızdan nəticə gözlədiyini bildirib: “Bu bir yoldaşlıq görüşüdür və mən komandamızdan ilk növbədə yaxşı oyun gözləyirəm. Ancaq eyni zamanda nəticə də önəmlidir. Çünki hər qələbə komandanın, futbolçuların özünəinamını daha da artırır. İnanıram ki, çətin də olsa, normal nəticə qazana biləcəyik”.
