17 noyabr 2010 12:58
Juventus daha iki futbolçunun transfer hüquqlarına yiyələndi
İtaliyanın Juventus klubunun idman direktoru Cüzeppe Marotta artıq iki yeni oyunçu ile razılaşma əldə etdiklərini bəyan edib. Azerisport.az xəbər verir ki, klub rəsmisi verdiyi açıqlamada həm Alberto Akvilani, həm də Fabio Kvalyarellanın transfer hüququnu almaq üçün bütün lazımı işlərin həyata keçirildiyini vurğulayıb.
“Akvilani və Kvalyarella hazırda icarə əsasında komandamızda top qovur. Yaxşı da performans sərgiləyirlər. Onların transfer hüququnu tam satın almağımız üçün gərəkli olan hər şeyi edirlər. Biz də onların bu xidmətinin qarşılığında komandamızın tam hüquqlu üzvünə çevrilmələrinə çalışırıq”.
