17 noyabr 2010 17:52

Yığma 2010-cu ili məğlubiyyətlə başa vurmalı oldu (YENİLƏNİB)

Bu gün Azərbaycan millisi 2010-cu ildəki son sınağına çıxıb. Azerisport.az xəbər verir ki, 16:00-da start götürənk yoldaşlıq oyununda Berti Foqtsun yetirmələri Çernoqoriyanın qonağı olub və iki cavabsız qolla məğlub olub.
 
 
 
 
 
 
 
Yoldaşlıq oyunu
 
ÇERNOQORİYA – AZƏRBAYCAN - 2:0 (0:0)
İvan Peyoviç, 62 (1:0), Fatoş Beçiray, 73 (2:0). 
17 noyabr. Podqoritsa. Milli stadion.
 
Çernoqoriya: 1. Mladen Bojoviç (12. Srdan Blajiç, 46), 2. Savo Paviçeviç (21. Stefan Saviç, 69), 3. Marko Başa, 4. Radoslav Batak, 6. Mladen Kaşçelan, 7. Simon Vukçeviç, 10. Radomir Daloviç (8. Fatoş Beçiray, 56), 15. Milorad Pekoviç (k) (19. Draşko Bojoviç, 65), 16. Luka Peyoviç (17. Marko Çetkoviç, 75), 18. Deyan Demyonoviç, 22. İvan Fatiç (4. Milan Yovanoviç, 59).
Ehtiyat oyunçular: 14. Jarko Tomaşeviç.
Baç məşqçi: Zlatko Krançar.
 
Azərbaycan: 1. Kamran Ağayev, 5. Elnur Allahverdiyev, 21. Vladimir Levin, 3. Saşa Yunisoğlu, 4. Mahir Şükürov (k), 8. Aleksandr Çertoqanov (13. Cavid Hüseynov, 66), 19. Rahid Əmirquliyev (16. Amit Quluzadə, 85), 15. Ruslan Abışov, 17. Vüqar Nadirov, 10. Elvin Məmmədov (24. Fərid Quliyev, 46), 11. Rauf Əliyev (7. Vaqif Cavadov, 66).
Ehtiyat oyunçular: 12. Fərhad Vəliyev, 9. Aqil Nəbiyev, 18. Nodar Məmmədov.
Baş məşqçi: Berti Foqts.
 
Oyun başladı
6. Çertoqanov rəqib qapısı qarşısında yaratdığımız ilk təhlükəli vəziyyətin müəllifi olsa da, zərbəsi yan keçdi
21. Türkiyəyə qol vurduğumuz epizoddakı künc zərbəsinin oxşarı həyata keçirilə də, Vüqar Nadirovun həlledici zərbəsi dəqiq alınmadı
22. Elvin Məmmədov İvan Fatiçə qarşı kobud oynadığı üçün sarı vərəqə alır
33. Elvin Məmmədov Aleksandr Çertoqanovun ötürməsindən sonra zərbə mövqeyinə çıxsa da, hesabı açmaq şansını qaçırır
40. Futbolçularımız rəqib qapısı qarşısında ciddi təhlükə yaratmaqda çətinlik çəkdikləri kimi, Kamran Ağayevin qoruduğu çərçivə önündə təhlükə yaranmasına da imkan vermirlər
43. İvan Fatiçin uzaqdan qüvvətli zərbəsinin tora daxil olmasına son anda Kamran Ağayev mane olur və topu kornerə çıxarır
Birinci hissə başa çatdı
 
İkinci hissə başladı
46. Millimizin heyətində Elvin Məmmədovu Fərid Quliyev əvəzlədi
46. Rəqib komandada isə qapıçı Mladen Bojoviçi Srdan Blajiç əvəzlədi
56. Çernoqoriyalıların heyətində Radomir Daloviçin əvəzində meydanda Fatoş Beçiray çıxdı
58. Pekoviçin qüvvətli zərbəsini son anda Kamran Ağayev zərərsizləşdirməyi bacarır
59. İvan Fatiçi Milan Yovanoviç əvəzləyir
62. Peyoviçin uzaq məsafədən qüvvətli zərbəsi Kamran Ağayev üçün qarşısıalınmaz olur və hesab açılır - 1:0
65. Milorad Pekoviçi Drajko Bojoviç əvəzləyir
66. Millimizin heyətində isə Aleksandr Çertoqanovun əvəzində Cavid Hüseynov, Rauf Əliyevin əvəzində isə Vaqif Cavadov meydana çıxır
69. Paviçeviçin əvəzində meydana Stefan Saviç çıxır
73. Millimizin qapısında ikinci qol. Beçiray yaxın məsafədən vurulan baş zərbəsiylə komandamızı cəzalandırır - 2:0
75. Luka Peyoviçin əvəzində meydana Marko Çetkoviç çıxır
80. Yovanoviç Cavid Hüseynova qarşı kobud oyuna görə sarı vərəqə alır
82. Stefan Saviç də sarı alır. O, Vüqar Nadirovun qarşısını kobudluqla alır
82. Rahid Əmirquliyev də kobudluq etdiyi üçün sarı vərəqəylə cəzalanır
84. Fəridin təhlükəli zonada əllə oynaması rəqibə cərimə zərbəsi qazandrır. Lakin Kamran təhlükəli zərbəni dəf etməyi bacarır
85. Rahid Əmirquliyevi Amit Quluzadə əvəzlədi
Matç başa çatdı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.