Bukmekerlər millimizin Podqoritsada qələbə qazanacağına inanmırlar
17 noyabr 2010 01:08

Millimizin Çernoqoriya yığmasıyla bu gün səfərdə keçirəcəyi yoldaşlıq oyunu öncəsi şansları dəyərləndirilib. Azerisport.az xəbər verir ki, bukmekerlər Berti Foqtsun yetirmələrinin Podqoritsada uğur qazanacağına inanmırlar.
Məsələ burasındadır ki, Rusiyanın ünlü “marathonbet” bukmeker kontoru meydan sahiblərinin qələbə şansını 1.35 əmsalı ilə dəyərləndirərkən, komandamızın qalib gəlmək çansını 10.70 əmsalıyla qiymətləndirib. Bu bukmeker kontoru komandaların sülhlə ayrılacağına inananlar üçün əmanətlərini 4.80 dəfə artırmaq imkanı yaradıb.
“gamebookers” isə nisbətən fərqli və “insaflı” əmsallar açıqlayıb. Yəni meydan sahiblərinin qələbə şansını 1.40-la dəyərləndirən bukmeker kontorunun mütəxəssisləri yığmamızın qələbəsinə pul qoyuluşu etmək istəyənlər üçün də 7.50 dəfə qabağa düşmək fürsəti yaradıb. Millimizin Podqoritsada heç-heçə etmək şansına inanlar üçün isə 4.20 əmsalı seçilib.