17 noyabr 2010 01:21
Foqts Premyer Liqa məşqçisini ikiüzlülükdə ittiham etdi
Millimizin baş məşqçisi Berti Foqts bu gün keçiriləcək Çernoqoriya – Azərbaycan görüşü öncəsi Podqoritsada təşkil olunan mətbuat konfransında maraqlı açıqlamayla diqqət çəkib. Azerisport.az xəbər verir ki, o, ad çəkməsə də, Premyer Liqa klublarından birini dolayısı ilə də olsa, ikiüzlülükdə suçlayıb:
“Ad çəkməyəcəm, amma bir klub məşqçisi mənimlə söhbət edəndə dedi ki, yaxşı ki sən burdasan, təlim-məşq toplanışları keçirirsən, 4 günlük hazırlıq prosesləri klublar üçün də yaxşıdır, futbolçular formada olur. Həmin söhbətin şahidi olanlar da var. Ancaq bir müddət keçdikdən sonra sonra eşitmişəm ki, həmin məşqçi toplanışlara görə məni tənqid edir”.
