17 noyabr 2010 14:21
Azərbaycan millisindən növbəti rekord
FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin hesabına daha 20 xal yazıldığı üçün 381 xalla 90-cı pilləyə yüksəlib. Lakin bu bir pilləlik irəliləyiş əsas komandamızın tarixində rekord göstəricidir.
Çünki indiyədək millimiz dünya sıralamasında heç vaxt 90-cı olmayıb. Maraq üçün onu da qeyd edək ki, bu gün yoldaşlıq oyunu çərçivəsində qarşılaşdığımız Çernoqoriya yığması komandamızla müqayisədə daha çox xala (827) malikdi və 26-cı pillədə qərarlaşıb.
