17 noyabr 2010 15:07
Xəzər Lənkəran`ın braziliyalı oyunçusu İstanbula getdi
Xəzər Lənkəran`ın yarımmüdafiəçisi Dieqo Qusmao Türkiyəyə gedib. Azerisport.az xəbər verir ki, braziliyalı futbolçunun İstanbula səfərinin məqsədi zədəsini müayinə etdirməkdir.
Qeyd edək ki, Dieqo sonuncu dəfə Premyer Liqanın 6-cı turunda - sentyabrın 18-də Muğan`a qarşı oynayıb. Salyanda keçirilən qarşılaşmanın 70-ci dəqiqəsində zədələnən braziliyanın ilin sonuna qədər meydana çıxmayacağı bildirilir.
